Şou-biznes

Afaq Bəşirqızı uzun fasilədən sonra qayıdır

26 İyun 2023 14:46
Baxış: 1 146
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Afaq Bəşirqızı uzun fasilədən sonra səhnəyə qayıdır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa 19 iyul saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli yazıçı-dramaturq Əli Səmədlinin "Toya bir gün qalmış" komediyası ilə səhnəyə çıxacaq.

Quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov olan bu səhnə əsərində Afaq Bəşirqızı ilə yanaşı, Əməkdar artistlər Ələkbər Əliyev, Əzizağa Əzizov, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Gültac və Hüseyn Əlili, Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Elxan İsmayılov, Ruslan Mürsəlov, Fərid Rzayev, həmçinin teatrın xor və balet truppalarının üzvləri çıxış edəcəklər.

Tamaşanın quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.

Qeyd edək ki, A.Bəşirqızı səhhətində olan problemə görə uzun müddətdir səhnədən uzaqlaşıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.