Şou-biznes

"Deyirdilər, səhhətinə görə efirə çıxmır, amma ad gününə gedibmiş"

23 İyun 2023 17:10
Baxış: 6 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Deyirdilər, Vüsalə Əlizadə səhhəti ilə bağlı efirə çıxmır. Amma ad gününə gedibmiş".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı-aktyor Elcan Rəsulov öz verilişində deyib. O, "El canlı"ya qonaq gələn müğənni Aysel Əlizadənin bir müddət əvvəl keçirdiyi ad günündən görüntülər yayımlayıb.

Ad günündə aparıcı Vüsalə Əlizadənin görüntüsünü görən Elcan onun səhhəti ilə bağlı efirə çıxmaması məsələsinə toxunub.

Elcanın sözlərinə Aysel "Ad günümdə öskürürdü" deyərək, Vüsaləni müdafiə etməyə çalışıb.

E.Rəsulov "Belə rəfiqə yoxdur... Məsələni ört-basdır etmək istəyir. Öz verilişində yoxdur, hamı yazırdı. Dedilər, səhhəti ilə bağlı çıxmır efirə" sözlərini əlavə edib.

Qeyd edək ki, Vüsalə bir müddətdir "7 canlı" verilişindən uzaqlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.