"Açıq etiraf edim ki, verilişlərə antipatiyam var".
Milli.Az bizim.media.az-a istinadən bildirir ki, bu sözləri müyxanaçı və müğənni Üzeyir Mehdizadə qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.
Sənətçi bildirib ki, əvvəllər onu verilişlərə qonaq çağırıb "vurmağa" (gözdən salmağa - red.) çalışıblar:
"Verilişlərə antipatiyamın səbəbi vaxtı ikən üstümə çox basqıların olmasıdır. Bəlkə də ondan travma almışam. Məni efirlərə çağırıb o qədər hadisələrlə üz-üzə qoyurdular ki... İndi də o şeylərin təsiri altındayam. Vuruşdurmurdular, sözün əsl mənasında məni vururdular.
Vuruşdurmaq iki tərəfli döyüşmək deməkdir. Efirə çağırıb əlimi-qolumu bağlayıb (məcazi mənada - red.) burada səni döyəcəklər. Belə verilişlər görən insanam. Verilişlərə gec-gec çıxmağımın bir növ səbəbi bunlardır".
Milli.Az