Şou-biznes

“Xəbər uçurtdum ki, adınızı ləkələyənlər var” - VİDEO - FOTO

16 İyun 2023 13:51
Baxış: 1 873
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Zümrüd Bədəlovanın İçərişəhər Tarix-memarlıq Dövlət Qoruğunda yaşadığı problem həll olunub. 

Milli.Az xəbər verir ki, bu barədə olay-a açıqlama verən Zümrüd deyib ki, müraciətindən sonra onu çox mülayim qarşılayıblar:

"Növbəti dəfə gedəndə məni çox mülayim qarşıladılar. Sağ olsunlar. Qapıda qarşılayıb, içəri keçirdilər. Söhbət orada bəzi özünü apara bilməyən insanlardan gedirdi. Yoxsa İçərişəhər Tarix-memarlıq Dövlət Qoruğu bizə həmişə hörmətlə yanaşıb. Onlara xəbər uçurtdum ki, adınızı ləkələyənlər var".

Qeyd edək ki, Zümrüd bir müddət əvvəl İçərişəhər Dövlət Tarix-memarlıq qoruğu idarəsinin idarə heyətinin rəisi Şahin Seyidzadəyə müraciət edərək Eyyub adlı rəisin ikinci dəfədir ki, maşınını içəri buraxdırmadığını demişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.