“Serial işçilərinə “Milli qəhrəman” adı vermək lazımdır” - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan serial bazarında ən yaxşısı "Vicdan haqqı" olub. Özüm çəkmişəm deyə demirəm. Bu, bizə lazımdır".
Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri "Qarşı-qarşıya" verilişində rejissor Rövşən İsax deyib.
"Bir nəfər Rövşənin qapısını döyüb dedi ki, ölkədə bunun ən yaxşı nümunəsini sən etmisən. Gəl,hansısa bir mözvuda bir serial çək, dövlətin marağı var, pulunu da veririk. Bunu dedilər? Mən serialı çəkməkdən ötrü qapı-qapı düşüb pul axtarıramsa, kimin haqqı nədir, desin, sən bunu belə etdin və sairə. Kim deyir onu? Mənim işim olmayanda kimsə qapımı döyüb deyir ki, ehtiyacın var, bu köməkliyi edirəm? 1990-cı illərə qədər serial yox idi", - sənətçi bildirib.
Daha sonra proqramın aparıcısı Rövşanə Ağasəfqızı seriallarla bağlı bu fikirləri səsləndirib:
"Serial məsələsi bizdə tutmur. Bir "Vicdan haqqı" o dönəmdə yaxşı tutdu. Bəlkə daha çox pul olsaydı, Rövşən daha yaxşı çəkə bilərdi. Bozbaşxana, məshəkə, hırıltı olan bir serial bazarında parladı. İnsanlar ona baxdılar. O dövr üçün super idi. Hamısı dostlarımızdır. Ondan sonra yenə hırıltı başladı. Adlarını çəkəcəm küsəcəklər. "Ata ocağı", "Bacanaqlar"... İndi də "Yuxu kimi"ni işləyirsiz. Pis, yaxşı, digərlərinə baxanda daha peşəkardır. Amma Türkiyədəki kimi "Aşk-ı memnu", "Muhteşem yüzyıl" tərzdə seriallar olmur. Necə ki, bizdə futbol tutmur, alınmır. Eləcə də Meksika serialları kimi çəkə bilmirik. Onda oturaq yerimizdə. Nə vacibdir? Pul yox, reytinq yox, hırıltı və sairə. Zövqü korlamağa xidmət edir? Televiziya sosial media da uduzur. Teatr haradasa bir balaca maairfləndirici rol oynayır. Serial nə edir?".
R. İsax isə aparıcı ilə razılaşmayıb və onun fikirlərini gülünc adlandırıb:
"Razı deyiləm ki, futbol oynamağı bacarmırıq. Bizim də əlimiz, ayağımız, beynimiz var. Sadəcə şərtlər fərqlidir. Biz Türkiyə ilə Azərbaycan seriallarını müqayisəyə gətirə bilmərik. Bu, gülüncdür. Onların iki bölüm qiymətinə bizdə bir sezon serial çəkilir. Başqa nə danışaq? Əsas səbəblərdən biri, birincisi budur. O olmalıdır ki, bazarda rəqabət yaransın, başdan sovdu ssenari yazmasınlar. Nə qədər ki, reytinq üzərindən gəlir əldə etmirik, burada inkişafdan danışa bilmərik. Bu, sintetik sənətdir. Şairlik deyil ki, bir şam, bir qələm, bir də kağızla deyim ki, şeir yazacam. Texnikası, nəqliyyatı, yeməyi var. Türkiyədə bir prodakşnda söhbət edirdik. Onlara deyəndə ki, bizdə kamera arxasında 14 nəfər var, gözləri kəlləsinə çıxdı. Dedi, biz bunu 70 nəfərlə zorla çəkirik, siz necə işləyirsiz? Bir adam bir neçə işlə məşğuldur. Desək ki, Türkiyədəki büdcəni Azərbaycandakı serial sektoruna ayrılsınlar eynisini çəkəcəyik. Bu da mümkün deyil. 1990-cı illərdə Türkiyədəki seriallara baxın, kamera əsir, musiqi dəxlisiz yerdə gedir. Bizdə serial sektorunda çalışanlara fəxri ad yox, Milli qəhrəman adı vermək lazımdır. Gecə-gündüz bir adam 15 nəfərin işini görür.
Sizin verilişiniz reytinqi çoxdur, yoxsa bizim serialın? Sosial mediada bayağı, ət tökən, ifrat şeyləri çıxmaq şərti ilə hər şey televiziyadan qaynaqlanır. Kiminsə nəyinisiə götürüb paylaşırlar. Onda bütün kanalları bağlayaq da. Sosial platformalar var. Bu qədər radikal yanaşmaq olmaz. Eyni pəncərədən baxanda teatr niyə mövcuddur ki? Sosial mediada nəsə paylaşırsansa, 1000-dən çox baxış gəlir. Azərbaycanda hansı teatrın 1000 nəfərlik zalı var? Onda teatrdan imtina edək? Sualı elə verirsiz ki, kəskin çıxır".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
XƏBƏR LENTİ
-
Bakı-Quba yolunun Sumqayıt hissəsində işıq dirəkləri işləmir - (Video)
-
Təyyarələrdə buna görə soyuq olur
-
Bu içki qaraciyəri qoruyurmuş
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)





