Şou-biznes

Rəqsanə efirdə ağladı - VİDEO

7 İyun 2023 21:02
Baxış: 1 904
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Rəqsanə İsmayılova efirdə göz yaşlarına hakim ola bilməyib

Milli.Az olay-a istinadən bildirir ki, ifaçı "Həmin Zaur" proqramının qonağı olarkən "Ay ürəyim"i səsləndirib.  Həmin an o, qızı Aysun İsmayılovanı qucaqlayıb və kövrəlib. Buna səbəb isə mahnının sözləri olub.

"Dörd övladım var, Aysun mənim üçün başqadır. Ona görə mahnının sözlərinə kövrəldim. Qızıma nəsə olanda mən də pis oluram. Heç kimə arzu etmirəm ki, valideynlər övladlarının həyatında baş verən hansısa bir şey ilə sınağa çəkilsin. Və istəyirəm ki, bütün övladlar xoşbəxt olsun. Mənə mahnının "Ay ürəyim, o getməyə hazırlaşır" sözləri toxundu. Qismət" - deyə Rəqsanə bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.