Şou-biznes

Arnold Şvartseneqqerin filmində Bakı ilə bağlı kadr - VİDEO

7 İyun 2023 15:05
Baxış: 1 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Netflix" Hollivud ulduzu Arnold Şvartseneqqerin rol aldığı "Fubar" teleserialının premyerası olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, casus komediya janrında çəkilmiş "Fubar" 8 seriyadan ibarətdir və təqaüdə çıxmaq üzrə olan, lakin onu işə qayıtmağa məcbur edən ailə sirrini öyrənən MKİ agenti Luke Brunnerdən bəhs edir. Bu, Arnold Şvartseneqqerin ilk televiziya layihəsidir. 

Epizodların birində A.Şvartseneqqerin qəhrəmanı Bakı və Azərbaycanla bağlı tapşırıq alır, burada o və komandası şəxsiyyətlərini dəyişdirməli və serialın ssenarisinə görə uydurma Sardoviya ölkəsinə uçmalıdır. Onun bunu necə yerinə yetirməsi isə ekran işində göstərilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.