Şou-biznes

Nazilədən Fatiməyə cavab: "Səni ələ salırlar"

19 May 2023 10:45
Baxış: 2 033
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Həyatımızda elə insanlar var ki, onları tanımağıma peşmanam".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Rəqqasə Fatimə Fətəliyeva "Səhər mərkəzi" verilişinə müsahibəsində deyib. O, hazırda məhkəməlik olduğu şairə Nazilə Səfərlini də tanımağa peşman olduğunu bildirib:

"Kaş ki, o insanları tanımazdım. Şou-biznesdə o qədər elələri var ki... Bu gün işim haradadır? Məhkəmədə! Nazilə Səfərlini tanımağıma peşmanam". 

Şair Nazilə Səfərli isə Fatimə Fətəliyevaya cavab olaraq sosial şəbəkədə bunları yazıb:

"Nazilə Səfərlini tanımağa peşmanam demək əvəzinə, darda qalanda məni vəziyyətdən çıxarana, nə az nə çox 4 dəfə pislik etdiyim, səbrini daşırdığım, öz adımı ona qoymağa çalışdığım insanı məhkəmə həddinə çatdırdığıma peşmanam de, canın qurtarsın. Vəkili neçəyə tutmusan? Kimə danışmısansa, gəlib səni ələ salırlar, yazıq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.