Şou-biznes

Tanınmış müğənni gizlincə ərə getdi - FOTO

11 May 2023 09:28
Baxış: 1 388
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliyalı müğənni Sia gizli şəkildə ailə qurub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 47 yaşlı məşhur Den Bernad adlı sevgilisi ilə münasibətlərini qanuniləşdirib.

Cütlük keçən həftə sonu Domeniko Dolçe və Stefano Qabbananın Portofinodakı villasında evlənib.

Gizli mərasimdə bəy və gəlin də daxil olmaqla cəmi altı nəfər iştirak edib.

Qeyd edək ki, 2019-cu ildə "Chandelier" hitinin ifaçısı 18 yaşlı iki gənci övladlığa götürüb. 2020-ci ildə onlardan birinin iki uşağı olandan sonra Sia ilk dəfə nənə olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.