Şou-biznes

"Rəbbimdən ömür yox, möhlət istəyirəm"

7 May 2023 13:48
Baxış: 1 500
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Dostu olanlara, əsas da bizim sənət nümayəndələrinə demək istəyirəm ki, ömür çox qısadır. Hər gün bir hadisə baş verir. Ona görə də mehriban olaq".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Həmin Zaur" verilişində deyib. Sənətçi övladlarına görə Allahdan möhlət istədiyini bildirib:

"Hamı üçün bunu arzulayıram. Bilmək olmur, bu gün burada, sabah haradasan. Həmişə Rəbbimə deyirəm ki, mənə övladlarıma görə möhlət ver, ömür istəmirəm. Uşaqlarımı bir yerə çatdırmaq üçün möhlət arzulayıram".

Qeyd edək ki, sənətçinin bir qız və bir oğul övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.