Şou-biznes

Kadirlə bağlı açıqlamalarına görə döyüldü

4 May 2023 16:26
Baxış: 1 131
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yazar Onur Akay Kadir Doğulu ilə bağlı açıqlamalarına görə onun prəstişkarları tərəfindən fiziki şiddətə məruz qalıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, hadisə ötən gün Balıkesirin Akçay qəsəbəsində baş verib.

Dəniz sahilində dostları ilə əyləşən Akayın yanına motosikletlə iki qadın yaxınlaşıb. Məlumata görə, onlar əvvəlcə yazarı təhdid ediblər, sonra isə ona vurmağa başlayıblar.

Zərərçəkənin sözlərinə görə, qadınlar onun üzünə, ayağına və qoluna zərbələr endirib. Nəticədə O. Akayın burnu qanayıb və dişi qırılıb.

Kişi geyimində olan xanımlar Onura "Bir də Kadir Doğulu haqqında danışsan, sənin ayaqlarını sındırarıq" deyiblər.

Qeyd edək ki, yazar Neslihan Atagülə xəyanət etdiyi iddia edilən Kadir Doğulu ilə bağlı qalmaqallı açıqlamalar vermişdi. Hətta Neslihanın anasının qızının aktyordan boşanacağını söylədiyini iddia etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.