Şou-biznes

"Övladımın olmasını istəmirəm"

28 Aprel 2023 17:24
Baxış: 2 397
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli aktrisa Deniz Baysal son açıqlaması ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, musiqiçi Barış Yurtçu ilə 3 ildir münasibətdə olan aktrisa ana olmaq istəmədiyini bildirib:

"İnsan dəyişkən varlıqdır. Hazırda övlad istəmirəm. Uşaq fikri mənə uzaqdır. Onun məsuliyyətini almaq istəmirəm. Uşağın olsa, sevəcəksən deyirlər. Təbii ki, sevəcəyəm, amma övladımın olmasını istəmirəm. Həyatımdan razıyam. Barış da həmçinin".

Anası xərçəngdən vəfat edən Deniz atasında da eyni xəstəliyin aşkarlandığını deyib.

Qeyd edək ki, aktrisa hazırda "Teşkilat" serialında rol alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.