Şou-biznes

Müğənninin qəsri dünyada ən böyük morqa çevriləcək - FOTO

27 Aprel 2023 15:12
Baxış: 1 422
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alla Puqaçova və Maksim Qalkinin Rusiyanın Qryaz kəndindəki qəsri Sankt-Peterburqdan olan şoumen Stas Bareski tərəfindən satın alınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Bareski qəsri 450 milyon rubla aldığını bildirib. Onun sözlərinə görə, ulduz ailənin pula ehtiyacı olub, ona görə də İsrail və Baltikyanı ölkələrdə aparılan danışıqlar zamanı tezliklə alqı-satqı ilə bağlı razılaşmanın əldə edilməsinə tələsiblər. 

Qəsrin yeni sahibi isə burada morq və krematoriya qurmağı planlaşdırır.

"Alla Borisovna qəsrin ritual biznes sahəsində istifadəsi ilə bağlı qərarsız idi. Biz bu qəsrdən Rusiyada, Avropada, bütün dünyada ən böyük krematoriya və morq yaratmaq istəyirik. Burada müəyyən zonalar, bəzi ritual mağazalar, anbarlarımız olacaq", - deyə Bareski qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.