Şou-biznes

"Pusu"nun aktrisasının qızı sevgilisi tərəfindən döyüldü - FOTO

20 Aprel 2023 17:24
Baxış: 1 658
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış aktrisa-müğənni Defne Samyelinin qızı Derin Talu sevgilisi tərəfindən şiddətə məruz qaldığı iddiaları ilə gündəmə gəlib.

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, iddalara görə, 19 yaşlı Talu sevgilisi Emircan Şahin tərəfindən döyülüb.

50 yaşlı Samyeli qızının döyülməsi xəbərini təsdiqləyib: "Bəli, xəbər doğrudur. Qızım döyüldü. Mən bu mövzuda danışmaq istəmirəm".

Qeyd olunur ki, uzun müddətdir biznesmen Baran Tınazla sevgili olan Defne Samyelinin böyük qızı Deren Talu da münasibətinə son qoyub. İddialara görə, Derenin də ayrılıq səbəbi sevgilisi tərəfindən döyülməsi olub. Deren Talu isə bu iddiaları təkzib edib. O, sosial media hesabında bu barədə açıqlama verib: "Baran Tınaz tərəfindən döyüldüyüm və bu səbəbdən ayrıldığımız barədə deyilənlər tamamilə həqiqətə uyğun deyil. Bir qadın olaraq özümə deyil, hər hansı bir qadına qarşı belə, zorakılığa dözməkdən söhbət gedə bilməz. Təəssüf edirəm ki, 3 ilimi hörmətlə, sevgi ilə keçirdiyim bir insanın adı zorakılıq iddialarında hallanır".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.