Şou-biznes

Üzeyir efirlərdən bu səbəbdən İMTİNA EDİBMİŞ - Özü həqiqəti AÇIQLADI - VİDEO

20 Aprel 2023 14:00
Baxış: 2 879
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Üzeyir Mehdizadə efirlərdən uzaq qalma səbəbini açıqlayıb.

Milli.Az olay-a istinadən yazır ki, "Xəzər axşamı" verilişinə qonaq olan müğənni yaşadığı sıxıntılara görə bir müddət proqramlara çıxmadığını bildirib:

"Bir balaca özümü kənar hiss edirdim, yenidən uyğunlaşmaq lazım idi. Biz çox həssas oluruq (sənət adamlarını nəzərdə tutur - red.) və bəlkə də hər şeyin həddindən artıq dərinliyinə gedib, düşünürük. Çox düşüncə də adamı təkliyə sürükləyir. Nəinki efirlərə, elə vaxt olurdu ki, heç dostlarımla belə görüşmürdüm. Telefonlara gec cavab verirəm. İki telefonum var birində nömrə yoxdur, birində isə var, amma bir tərəflidir: ancaq zəng etmək üçün. Hələ mən özümü tam hazır hiss etmirəm, bir-iki şey var ki, tam düzəlməyib. Bunlar ciddi məsələlərdir. Efirlərə ona görə, ara-sıra çıxırdım ki, tamaşaçılara neqativ enerji ötürməyim. Yenə deyirəm, bu, mənim yorğunluğumla əlaqəli deyil, psixoloji gərginliklərim var idi. Özüm kənara çəkilmişdim ki, hətta mahnılarıma belə yansıtmayım".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.