Şou-biznes

“Hər kəs öz tərbiyəsini göstərir”

19 Aprel 2023 21:00
Baxış: 2 372
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zəngin teatr ənənələri olan və zaman-zaman Azərbaycan teatr sənətinin flaqmanı sayılan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı haqqında son vaxtlar müxtəlif fikirlər səsləndirilir, iradlar bildirilir. Ən pisi də odur ki, irad bildirənlərin bir çoxu Teatrın öz əməkdaşlarıdır.

Məsələn Teatrın aktyoru, Əməkdar artist Füzuli Hüseynovun iki gün öncə sosial şəbəkə hesabında yazdığı son status buna nümunə ola bilər. 

O, şəxsi hesabında "bəzi çaqqal səsləri gəlir "drama"dan... Çaqqalın işi ulamaqdır... Unutmayın!", - deyə paylaşım edib.

Onun bu sözləri, təbii ki, birmənalı qarşılanmayıb. Bəzi sənət dostları Əməkdar artistə öz iradlarını bildirib. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı ilkin olaraq teatrın aktyoru, Xalq artisti Nurəddin Mehdixanlı əlaqə saxladıq. Xalq artistinin Bizim.Media-ya cavabı qısa oldu:

"Qardaş, hər kəs öz tərbiyəsin göstərir də. Mən nə deyim... Bu barədə çox danışmaq istəmirəm".

Teatrın mətbuat katibi Cavid Zeynallı da Füzuli Hüseynovun fikirlərini şərh eləmək istəmədi:

"Mən bilmirəm Füzuli müəllim nəyi nəzərdə tutaraq belə deyib".

Mətbuat katibi onu da bildirdi ki, Azərpaşa Nemətovun ölümündən sonra hələlik Teatra yeni rəhbər təyin olunmayıb:

"Hələlik direktoru heç kim əvəz eləmir. Təyinatla bağlı heç bir yenilik də yoxdur. Amma Teatrın işi davam edir. Repertuara əsasən tamaşalar hazırlanır, təqdim edilir. Son tamaşamız da bazar günü olub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory