Şou-biznes

Daşqınlar Aygün Bəylərə də ziyan vurdu

15 May 2010 11:58
Baxış: 323
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Trend Life-a istinadən xəbər verir ki, o, konserti 2 yox, 1 gün keçirmək qərarına gəlib. Səbəb Azərbaycanın bölgələrində baş vermiş təbii fəlakətin müğənnini ruhdan salmasıdır.
"Mən səbirsizliklə bu konserti gözləyirdim. Amma rayonlardakı daşqınlar mənim 2 gün konsert vermək həvəsimi öldürdü. Kəndlərin su altında, insanların ev-eşiksiz qalmasından çox məyusam. Ümumiyyətlə, konserti təxirə salmaq istəyirdim. Lakin sonda məsləhətlər sayəsində 1 günlük konsert vermək qərarına gəldim", - deyə A.Bəylər bildirib. Lakin o, 1 günlük konsertə də əvvəlki əhval-ruhiyyə ilə yanaşmır: "Konsert dinləyicilər qarşısındakı borcumdur. Bir insan və vətəndaş olaraq isə yüksək əhval-ruhiyyədə deyiləm. Mənim ürəyim belədir".

Qeyd edək ki, Aygün Bəylərin konserti mayın 23-də Muğam Mərkəzində keçiriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.