Xəbər veridiyimiz kimi, türkiyəli müğənni Oğuzhan Koçla həyat yoldaşı, aktrisa Demet Özdəmirin evliliklərində problem yarandığı iddia olunub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Oğuzhan ötən gün baş rollarından birini canlandırdığı "Özür dilerim" filminin qalasına tək qatılıb. Məsələ ilə bağlı açıqlama verən müğənninin sözçüsü Özgür Aras Demetin "Adım Ferah" adlı serialın çəkilişlərində olması səbəbindən gecəyə qatıla bilmədiyini deyib.
Qeyd edək ki, Demet və Oğuzhan ötən il nikah masasına əyləşib. İkilinin bir müddət əvvəl ayrıldığı iddia olunmuşdu. Onlar bu səbəbdən cütlük terapiyasına müraciət ediblər. Ötən günlərdə obyektivlərə tuş gələn müğənninin barmağında evlilik üzüyünün olmaması da diqqət çəkmişdi.
Milli.Az