Şou-biznes

Harri Potter parkı açılacaq

27 Mart 2023 20:58
Baxış: 625
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyunun 16-da Tokioda britaniyalı yazıçı Coan Roulinqin Harri Potter barədəki romanlarının qəhrəmanına həsr olunmuş əyləncə parkı açılacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə bazar günü parkın idarəedici şirkəti məlumat verib.

Məlumata görə, Tokionun şimal-qərbindəki Nerima rayonunda keçmiş Toşimaen əyləncə parkı və üzgüçülük hovuzunun yerində artıq tikinti başa çatmaq üzrədir. Parkın sahəsi 30 hektardır.

Biletlərin qiyməti böyüklər üçün 6300 yen (48 dollar), məktəblilər üçün 5200 yen (39,6 dollar) və dörd yaşdan yuxarı uşaqlar üçün 3800 yen (29 dollar) olacaq. Biletləri əvvəlcədən bron etmək lazımdır.

Qeyd edək ki, analoji park yalnız Britaniyada mövcuddur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.