Şou-biznes

“Sanki hər şey dünən olub…” - FOTO

20 Mart 2023 21:40
Baxış: 1 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Aygün Kazımova qızı İlqarə barədə danışıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi övadının səhnədə, izləyicilərin gözü önündə böyüdüyünü bildirib.

Bu haqda ifaçı "Xəzər axşamı" verilişində qonaq olarkən söz açıb:

"Məni ötüb-keçib. Qızım məndən uzundur, maşallah. İlqarə səhnədə böyüdü. 4 yaşı olanda Heydər Əliyev Sarayında mənimlə birlikdə konsertlərimdə çıxış etməyə başladı. Hansı ki, böyük ulduzların olduğu "Aygün şou"da qızım çıxış edirdi. Gözümüzün önündə böyüdü, 32 il keçib, amma sanki hər şey dünən olub...".

Kazımova qızına həddindən artıq qadağalar qoymadığını söyləyib:

"Həddindən artıq üstündə təpinmək olmaz, o da bir insandır, öz dünyası, həyatı var. Bir ana kimi, əlbəttə, vaxtında nələrsə demişəm. Amma o azadlığı əlindən almamışam və düşünürəm ki, almayacam da".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.