Şou-biznes

Asəf Zeynallının məzarı baxımsız qalıb - FOTOlar

20 Mart 2023 02:16
Baxış: 1 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dahi bəstəkar Asəf Zeynallının məzarı baxımsız vəziyyətdədir.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə tarzən Humay Qədimova sosial şəbəkədə paylaşım edib. Sənətçi məsələ ilə bağlı lazımi şəxslərə müraciət etdiyini bildirib:

"Çoxdandır məni narahat edən bir məqam var. Allah dünyadan köçən dahilərimizə rəhmət etsin. Təxmini üç ay əvvəl və bir neçə gün öncə mərhum bəstəkar Asəf Zeynallının məzarını ziyarət etdim. Çox yazmayacağam, baxımsız vəziyyətdədir. Bu kişi cəmi 23 il ömür yaşadı, amma böyük Azərbaycan mədəniyyəti yaratdı. Məzarın bərpası ilə bağlı lazımi hörmətli şəxslərə müraciət etmişəm. İnşallah, yaxın zamanda paylaşacağam. Səsimə səs verdikləri üçün dərin təşəkkürümü bildirirəm.

Allah rəhmət etsin!".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.