Şou-biznes

Mələkxanımın özündən gözəl qızının xoş günü - VİDEO

14 Mart 2023 18:34
Baxış: 3 150
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Mələkxanım Əyyubovanın qızı Nəzrin Nəcəfovanın 28 yaşı tamam olub.

Milli.Az big.az-a istinadən bildirir ki, bloqer kimi fəaliyyət göstərən Nəzrin şəxsi "İnstagram" səhifəsində maraqlı doğum günü paylaşımı edib.

Videoda o, gecə saat 12-nin keçməsini gözləyir. 00:00-da isə doğum günü tortunun üzərinə şamları düzüb yandırır, sonra da arzu tutub söndürür.

Paylaşımına Nəzrin bu sözləri əlavə edib:

"Xoş gəldin, 28! Çox uğurlu olacağına inanıram!"

Qeyd edək ki, Nəzrin Nəcəfova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsini bitirib. Rəssam Nazim Yunusovun tələbəsidir. Nəzrin həm də modelyerdir. Gənc rəssamın əl işləri Azərbaycanda və xaricdə sərgilənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.