Şou-biznes

Türkiyənin pop ulduzu Bakıda konsert verəcək - İlk dəfə

7 Mart 2023 10:12
Baxış: 1 093
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin məşhur pop ifaçısı Buray Baskıda konsert verəcək.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, "EVENTS WORLD"un təşkilatçılığı ilə ərsəyə gələcək konsert aprelin 8-nə planlaşdırılır.

"Sen sevdamısın", "Aşk mı lazım", "İstersen", "Senin yüzünden", "Mecnun" və digər dillər əzbəri olan ifaları ilə sevilən ulduz, Bakı Konqres Mərkəzinin səhnəsində möhtəşəm və unudulmaz konsert proqramı ilə sevənlərinin qarşısında olacaq.

Biletləri Iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərsiniz. Həmçinin məlumat üçün qeyd edək ki, 8 mart Beynəlxalq Qadınlar gününə özəl olaraq, 7-8 mart tarixlərində konsertə biletləri 15 faiz endirimlə əldə etmək mümkündür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.