Şou-biznes

Günel hadisənin necə baş verdiyini AÇIQLADI

4 Mart 2023 21:27
Baxış: 2 151
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, müğənni Günel Zeynalovanın qaşına 7 tikiş qoyulub. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı hadisənin necə baş verdiyini açıqlayıb. O, üstünə dolab rəfinin düşdüyünü və bu səbəbdən qaşına tikiş qoyulmalı olduğunu bildirib.

"2 gün öncə evdə dolabı səliqəyə salarkən özümü supermen zənn edib onu çəkdim. Çəkməyinə çəkdim, amma üstdəki rəfin fərqinə varmadım. Heç nə olmayacaqmış kimi onun düşüşnü izlədim. Qaşıma dəydi. Gözümü açanda xəstəxanada idim. 7 dikiş vuruldu. Allahın sevdiyi bəndəsiyəm ki, gözümə dəymədi. Çox şükür, yaxşıyam: qaşımdakı şiş və gözümdəki göyərmə xaricində. Bir neçə gün sonra tikişlər açılcaq, İnşallah iz qalmaz" deyə, Günel qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.