Şou-biznes

Röyanın BU FOTOLARINA GÖRƏ Ceyhunun klipinə qadağa qoyulubmuş - VİDEO

4 Mart 2023 03:22
Baxış: 2 795
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qala ləqəbi ilə şou-biznesdə məşhurlaşan bəstəkar - müğənni Ceyhun Əliyev açıqlaması ilə gündəmə gəlib.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "Səhər mərkəzi" verilişində təyyarədə çəkdirdiyi klipinə qoyulan qadağan danışıb.

Ceyhun bildirib ki, quraşdırılmış təyyarənin içi "pavelyonu"nda hamıdan əvvəl Xalq artisti Röya Ayxan çəkiliş etdiyinə görə, xanım müğənnin sözügedən fotoları təqdim olunmamış, onun klipinin yayımlanmasına icazə verilməyib.

"Sözügedən məkandan məndə istifadə etdim. Klipimi təyyarə olan məkanda çəkdim. Amma yayımlanmasına icazə vermədilər. Dedilər ki, burada ilk Röya Ayxan fotosessiya etdirib. Bizim müqaviləmiz var ki, Röyanın fotosessiya təqdim olunmamış, klipiniz yayımlana bilməz. Onlara cavab olaraq söylədim ki, narahat olmayın.
Klipimi Röyanın təyyarədə çəkilən fotoları təqdim olunandan sonra nümayiş edəcəyəm. Və belə də oldu. Klipimi təqdim etdikdən sonra hamı məndən bu məkanı soruşdu. Çünki maraq yaranmışdı. Bəlkə də klipimi adi çəksəydim, bu qədər maraq yaranmazdı", - deyə C.Əliyev vurğulayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.