Şou-biznes

Madonna gənc boksçu ilə sevgilidir - FOTO

3 Mart 2023 02:44
Baxış: 1 795
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

64 yaşlı dünyaca məşhur müğənni Madonna 29 yaşlı boksçu Coş Popperlə görüşməyə başlayıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, hətta idmançı İnstaqramında bir neçə foto yerləşdirib. Madonna isə həmin şəkilləri hekayələrdə də paylaşıb.

"Daily Mail" müğənniyə yaxın mənbəyə istinadən xəbər verir ki, ulduzun dostluqdan çox idmançı ilə sevgi münasibəti var.

Bildirilir ki, boksçu sənətçinin övladlarına da dərs keçir.

Xatırladaq ki, bir müddət əvvəl Madonna özündən 41 yaş kiçik sevgilisindən ayrılıb. Müğənni 6 aylıq romantikadan sonra 23 yaşlı Endryu Darnellə münasibətini kəsib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.