Şou-biznes

"Əslində sən yaşadın, ölən mən oldum..." - FOTO

2 Mart 2023 17:33
Baxış: 1 371
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"16 noyabr 2016-cı ildə çəkilişdən mənə bu rəsmi göndərdi ki, ilk selfimi çəkdim. Elə sevinirdi ki... Gözəl, nur üzlü həyat yoldaşım! Bir təbəssüm belə o gözəl insanı xoşbəxt edirdi. Ən kiçik şeylərdən belə xoşbəxt olmağı bacarırdı".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkə hesabında yazıb. O, təklikdən yorulduğunu dilə gətirib:

"İnsan özü ilə nə qədər danışar? Bezmişəm tək danışmaqdan! Əslində sən yaşadın, ölən mən oldum, gözəl üzlü yarım! Rəbbim şahiddir ki, sənə qovuşacağım günü necə gözləyirəm. Hələlik o günə qədər sənin məndə yadigar qalan parçanla davam edəcəyəm!".

Qeyd edək ki, sabah Tünzalə Əliyevanın vəfatından 40 gün ötür. Aktrisa uzun sürən xərçəng xəstəliyindən sonra yanvarda dünyasını dəyişib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.