Şou-biznes

Mehriban Xanlarova efirdə iki bəylə söz savaşına çıxdı - VİDEO

28 Fevral 2023 16:44
Baxış: 1 333
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Mehriban Xanlarova canlı efirdə əsəbiləşib.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, "Bizimləsən" ictimai-sosial verilişində ekspert qismində iştirak edən sənətçi proqrama evlənmək üçün pənah gətirən iki yaşlı bəyin bir-birinə ünvanlandığı təhqirləri başlarına qaxınc edib.

"Biri deyir ki, sənə qoyun otardaram. Digəri isə ona cavab olaraq, sənin kimilərinə əski ilə döşəmə sildirtmişəm.

Çoban əgər qoyun otarırsa, pis insandır? Siz kiməsə döşəmə sildirtmisinizsə, niyə sildirtmisiniz? O şəxs sənin deyil, hökümətin işçisidir. Bu işi görmək heç də ayıb deyil.

Süpürgəçilik, döşəmə silmək, qoyun otarmaq ayıb iş deyil. Bu sözləri işlətmək lazım deyil. Siz (söz savaşına çıxan yaşlı bəyə deyir - red.) çox acıdil, özünü bəyənmiş bir kişisiniz. Özünüzdən elə razısınız ki, sanki bütün dünyanı siz yaratmısınız. Mən sizə icazə vermirəm ki, mənə "Ma (mənə - red.) cavab ver" sözünü deyəsiniz", - deyə M.Xanlarova vurğulayıb.

Aktrisanın bu sözlərinə qarşı tərəf "Sizə xadimə deyib, get döşəmə yu, desəm, necə reaksiya göstərərsiniz?" sualı Mehriban xanımı daha da hiddətləndirib.

Xanlarova "Lazım gəlsə, süpürərəm də, yuyaram da... Mənim üçün əskik bir iş deyil. Bu məsələni şişirdib qabardırsınız" cavabını verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.