Şou-biznes

Zeki Müren Rəşid Behbudovun qarşısında nə üçün diz çöküb?

25 Fevral 2023 19:50
Baxış: 1 708
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan musiqisinin korifeylərindən olan Rəşid Behbudov 1968-ci ildə Türkiyədə konsert verib.  

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, konsert SSRİ Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilib. Şöhrəti dünyanı bürümüş Rəşid Behbudovun Türkiyəyə gəldiyini eşidən "Türk musiqisinin günəşi" ləqəbi ilə anılan Zeki Müren də konsertə gəlir və ön sırada oturur.

Rəşid Behbudov Zeki Mürenin konsertə gələcəyini bilmirmiş və proqramına onun repertuarından "Unutdun beni, zalim" mahnısını daxil edibmiş

Rəşid Behbudov Rafiq Babayevin müşaiyəti ilə fərqli ifada mahnını yüksək səviyyədə təqdim edir. Zəki Müren ifanı o qədər bəyənir ki, durub səhnəyə çıxır və Rəşid Behbudovun qarşısında diz çökərək baş əyir.

Həmin anları əbədiləşdirmiş foto hazırda Rəşid Behbudovun ev muzeyində saxlanılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.