Şou-biznes

Park Cinema-da “Evdə Qalmış” filminin imza günü keçirildi

23 Fevral 2023 11:46
Baxış: 1 007
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

21 fevral Park Bulvar-da yerləşən Park Cinema kinoteatrında "Evdə qalmış" filminin imza günü keçirildi.

Tədbirdə filmin rejissoru Valeh Əhmədov, baş rol ifaçıları Xalq artisti Həmidə Ömərova, aktyorlar Şəhriyar Əbilov, Sanura Cəfərova, Kənan Yusifov, Nigar Əhmədova və Elçin Məmmədli iştirak edib. Onlar izləyicilərlə görüşüb filmi müzakirə etdikdən sonra, birlikdə ekran işini izləyiblər.

Qeyd edək ki, filmin növbəti imza günü 28 fevral tarixində Metro Park AVM-də keçiriləcək.

Filmdə əsl sevgini axtaran qəhrəmanlar valideynlərinin məcburiyyəti ilə 30 yaşına qədər evlənməlidir. Qonşunun, qohum-əqrəbanın "Evdə qalmısan?", "A bala nə vaxt tərpənirsən?" kimi suallarından bezən gənclər evlənmək istəməsələr də, hadisələr onları qarşılaşdırır.

Bilet əldə etmək istəyənlər Park Cinema kassalarına yaxınlaşa və ya www.parkcinema.az saytına keçid edə bilərlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.