Şou-biznes

Daha 3 rusiyalı məşhur bu ölkəyə gedə bilməyəcək

18 Fevral 2023 18:00
Baxış: 963
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Latviya rusiyalı aktyorlar Damir Sadreev, Aleksey Şevçov və Vitali Sokolovu qara siyahıya salıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyi açıqlama yayıb:

Bildirilib ki, həmin teatr işçiləri Rusiya tərəfindən işğal olunmuş Krım yarımadasında fəal şəkildə çıxış etməkdə davam edirlər. Latviyanın Ukraynanın ərazi bütövlüyünə prinsipial dəstəyini nəzərə alaraq, onların ölkəyə girişi və səhnədə çıxış etmələri xoş qarşılanmır. Bu səbəbdən onların Latviyaya girişi qeyri-müəyyən müddətə qadağan ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.