Şou-biznes

Bakıda konsertlər və şou-proqramlar ləğv olunacaq?

7 Fevral 2023 17:51
Baxış: 1 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi Türkiyədə iki gündür yaşanan faciəvi zəlzələdə 3400-dən çox insanın vəfat etməsinə görə 7 günlük matəm elan edilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, matəm səbəbilə bir çox şou-proqram, əyləncəli verilişlər və konsertlər ləğv olunub.

Bəs Azərbaycanda, paytaxtımızda əyləncə məkanlarında və konsert salonlarında nə kimi dəyişiklik olacaq? Konsertlər və şou-proqramlar ləğv olunacaqmı?

Milli.Az xəbər verir ki, bununla bağlı lent.az-ın əməkdaşı sorğu keçirib.

Bakı Konqres Mərkəzindən Lent.az-a bildirildi ki, bu günlərdə keçiriləcək müğənni Mahsun Kırmızıgülün konserti ləğv olunub. Başqa konsertlər ləğv olunduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək.

Azərbaycan Akademik Dövlət Filarmoniyasından da bildirildi ki, hər hansı konsertin ləğv olunması ilə bağlı məlumatlı deyillər.

"Elektra Events Hall"da da eyni vəziyyətdir. Yəni konsertlər ləğv olunmayıb və belə olduğu təqdirdə konsertin baş tutacağı tarix dəyişdiriləcək.

Əldə etdiyimiz məlumata görə, "Meridian Park Luxury" restoranında fevralın 14-ü səhnə alacaq müğənni-aktrisa Öykü Gürmanın konserti indidən ləğv olunub.

Bundan başqa, "Şazelli", "Baku Castle", "Cratos",  "Mala Praga" və "İstanbul Meyhane" kimi şou-proqramlar təşkil edən restoranlarda heç bir konsert ləğv olunmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.