Şou-biznes

Nura Şəbnəmə "ilişdi" - VİDEO

2 Fevral 2023 12:50
Baxış: 2 403
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Nura Surinin Şəbnəm Tovuzlunun mahnılarında səsinə effekt qoydurduğu haqda fikirlərinə qarşı tərəfdən cavab gecikməyib.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu haqda Tovuzlunun prodüseri Şahanə Ayazqızı OLAY-a açıqlamasında deyib.

"Bu onun şəxsi fikridir. Yəqin ona xoş gəlməyib, bildirib. Amma Şəbnəm xanımın canlı ifasını da təsdiqləyib, ona görə sözüm yoxdur. Müğənni effekt qoymur, onu aranjimançılar qoyur", - deyə, Ayazqızı vurğulayıb.

Qeyd edək ki, bu gün N. Suri qonaq olduğu verilişdə Şəbnəmin canlı ifasını bəyəndiyini, lakin mahnılarında səsinə effekt qoydurduğunu söyləmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.