Şou-biznes

"Hamını Tunar məşhur edib"

30 Yanvar 2023 09:33
Baxış: 1 839
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hər kəsi sən məşhur etmisən. Bütün sənətçilərin hit mahnılarını Tunar yazıb".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova "Xəbər-ətər" verilişində deyib. Qardaşı Tunar Rəhmanoğlundan danışan sənətçi onun bəstələri sayəsində bir çox ifaçının məşhur olduğunu iddia edib. 

Günel bayağı mahnılardan da söz açıb:

"İndi musiqi duyumumuz, zövqümüz dəyişib. Korlanıb. İnşallah, düzələr. Musiqiçilərlə oturub danışırıq ki, biz nə oxuyaq? Mənasız sözlərdən ibarət mahnı oxumalıyıq ki, tutsun? Bir dəfə təklif etdilər ki, sən də belə mahnı oxu? Cavab verdim ki, bəs 25 ilimi necə edim? Qoy, mən yox olacağamsa, yox olum. Partlayacağamsa da, partlayım".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.