"Qadın düşünsə ki, kişidən ağıllıdır, böyük səhv edər" - Xalq artisti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qadın ilk növbədə elə qadın olmalıdır. Qadın gözəllik və ağlın harmoniyasıdır. Amma bu qütblər qızıl orta xətdə birləşməlidir. Hansı qadın düşünsə ki, o kişidən ağıllıdır, o böyük səhv edəcək!"
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Vidadi Həsənov "Düzünə qalsa" proqramında qonaq olarkən deyib.
"Düşünürəm ki, gözəllik və ağlın birləşdiyi xətdə qadın gözəldir. Hansı qadın düşünsə ki, o ziyadə gözəldir və ya ağıllıdır, o səhv edəcək. Qütblər həmişə qorxuludur. Qadın düşünəndə ki, bəli, o gözəldir həm də qadındır və ya ağıllıdır və həm də qadındır. Bax bu başqa məsələ. Çünki qadınlıq gözəllik və ağıldan da üstündür. Atalarımız deyir ki, qadın boyun, kişi başdır. Kişi necə, hara hərəkət elədiyini bilmir. Boyun elə bir şeydir ki, hara istədi hərəkət edir, heç başın ondan xəbəri də olmur. Bəzən elə qadın tapılır ki, deyir mən başam. Onda da yerdəyişmə olur, əcaib bir şeyə çevrilir. O da olmur da" deyə, V.Həsənov əlavə edib.
Aktyor hər hansı başqa gəlirinin olmadığını bildirib:
"Keçmişlə yaşamaq lazım deyil. Keçmişlə yaşamaq insanı həmişə geriyə çəkir. Gələcəklə yaşamaq, xəyalların arzusunda olmaq da lazım deyil. Gerçəkliklə yaşamaq lazımdır. Gerçək olan bax bu gündür. Onu dəyərləndirmək və tam yaşamaq lazımdır. Pulun dəyərini insan təkcə pul olmayanda bilmir ki. Pulun dəyərini gərək pul olanda da biləsən də. Çox zaman biz pul olmayanda onun dəyərini bilirik. Kasıblıq sınağından hamı çıxa bilir, amma insanların çoxu firəvanlıq sınağından çıxa bilmir. Pul insanları çaşdıra da bilir.
Hər ayın sonuna yaxın görürəm ki, pulum qurtarır. Maaşla yaşayan adamlarıq. Rüşvət almırıq, başqa bir gəlirimiz yoxdu. Biz ancaq incəsənətlə məşğul oluruq. 43 ildir teatrda, 37 ildir İncəsənət universitetində işləyirəm. Ancaq maaşımla dolanıram. Öz zəhmətimin haqqı ilə yaşayıram. Heç vaxt, heç bir yerdən gəlirim olmayıb. Buna baxmayaraq, aktyor sənətindən peşman olmamışam. Bu bizim gerçəkliyimizdir. Kim razılaşmasa, gedib başqa işlə məşğul olur. Bunun başqa yolu yoxdur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gülüstan Əliyeva toy fotosunu görüb ağladı - (Video)
-
Vüsalənin yeni evi - (Video)
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
Zeynəb Xanlarovanın səhhəti ilə bağlı açıqlama - Yenilənib
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əməkdar artist: “Həkimlər çəkici elə vurublar ki, sümüyüm sınıb”
XƏBƏR LENTİ
-
Gülüstan Əliyeva toy fotosunu görüb ağladı - (Video)
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Vüsalənin yeni evi - (Video)
-
“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib - (Foto/Video)
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə çağırıb
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb - Yenilənib
-
Pezeşkian: Biz təcavüz yox, müdafiə üçün güclənmək istəyirik
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək
-
Zeynəb Xanlarovanın səhhəti ilə bağlı açıqlama - Yenilənib
-
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
-
Əfv edilən yeganə qadın məhkum - (Foto/Video)
-
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 milyon manat ayrıldı
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Lavrov və Rubio Nyu-Yorkda görüşüb
-
Bakıda tanışının evindən 33 min manat oğurladı - Saxlanıldı
-
Tanınmış aktyor xəstəxanaya yerləşdirildi
-
Britaniyada hərbi təyyarə qəzaya uğradı
-
İmişlidə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib





