Şou-biznes

“İt hürər, karvan keçər” - VİDEO

13 Yanvar 2023 15:56
Baxış: 1 350
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Tacir Şahmalıoğlu ilə həmkarı İlahə Fəda arasında qalmaqal daha da alovlanıb. İlahənin "Qardaş, get sənətlə məşğul ol. Qardaş dedim üzr istəyirəm qardaşlardan. Biri var musiqiçi, biri də var manıs" deməsi Taciri "cin atına mindirib".

Milli.Az bizim.media-ya istinadən bildirir ki, Şahmalıoğlu "Şou xəbər" verilişinə müsahibəsində Fədanın fikirlərini sərt şəkildə cavab verib.

"İlahəyə şəfa arzulayıram, qoy sağalsın. O insan normal deyil. Səviyyəmiz başqadır. Dəfələrlə haqqımda "Böyük ürəyə sahib olan sənətkar bu necə gözəl oxumaqdır" deyən insan  indi mənə qarşı aqressivləşib. İlahə Fəda fanatım kimi gəlib bu sənətə. Pərəştişkarım olub. Məni Fəda Laçına qısqandığı üçün bizi ayırıb. Bunun başqa adı yoxdur. İt hürər, karvan keçər", - deyə Tacir vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.