Şou-biznes

Xalq artistinin səhhəti necədir?

11 Yanvar 2023 18:20
Baxış: 985
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yeni ildən bir neçə gün əvvəl Aftandil müəllim Badamdarda yerləşən Dövlət Təhlükəsizliyi Xidmətinin Hospitalını tərk edib. O hazırda evdə müalicə alır".

Milli.Az xəbər verir ki, bu sözləri Xalq artisti Aftandil İsrafilovun həyat yoldaşı Zemfira İsrafilova Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

81 yaşlı sənətkarın həyat yoldaşı bildirib ki, qarmon ustadı ötən günlərə nisbətən özünü daha yaxşı hiss edir:

"Aftandil müəllim özünü yaxşı hiss etsə də, amma hələ də zəyifdir. Ona iynələr və sistemlər vurulur. Təngənəfəsliyi var. Bu təngənəfəsliyi aradan qaldırmaq üçün isə inqolyasiya prosedurları edilir. İnqolyasiyanın köməyi ilə həmçinin onun bronxları təmizlənir. 10 gündən bir "uzi" prosedurundan keçir. Aftandil müəllimin prostat vəzin adenoması xəstəliyi var. Bu xəstəliyi aradan qaldırmaq üçün isə o əməliyyat olunmalıdır. Əməliyyata qədər isə o müalicə olunaraq sağlamlığını bərpa etməlidir ki, həkimlər onu əməliyyata götürə bilsinlər".

Zemfira xanım həmçinin vurğulayıb ki, Aftandil İsrafilovun evdə əhvalını yüksək tutmağa çalışırlar:

"Çalışırıq sənətkarı pozitivə kökləyərək. Onun sevdiyi Eyyub Yaqubovun ifalarını, Aygün Səmədzadənin bəstələrini dinlədirik. Eyni zamanda Rafael ilə Coşqunu çox sevdiyindən "Bu şəhərdə"nin konsertlərinə baxır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.