Şou-biznes

Canlı efirə zəng edən xanım Vasif Məhərrəmlini TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

7 Yanvar 2023 17:11
Baxış: 1 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Vasif Məhərrəmliyə gözlənilməz sürpriz edilib. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, "7 canlı" axşam şousunun canlı efirinə sənətçi ilə bağlı telefon zəngi gəlib.  

Verilişin aparıcısı Vüsalə Əlizadə proqramda qonaq olan Vasif Məhərrəmliyə bildirib ki, onun üçün bir xanım Moskvadan zəng edib. Vüsalə həmin xanımın kimliyini açıqlamayıb. Vasif isə həmin xanımla efirdə söhbətləşsə də, lakin kim olduğunu tapa bilməyib.  

Aparıcı bu anda həmin xanımdan Vasifə ip ucu verməsini istəyib. Xanım isə "Bakılı qız" sözünü dilə gətirib. Bundan sonra müğənni həmin xanımın onun illər əvvəl "Bakılı qız" klipində çəkildiyi Səbinə adlı xanım olduğunu söyləyərək, təəccübünü gizlədə bilməyib.  

Məhərrəmli bildirib ki, hətta Səbinənin ailəsi ilə yaxından tanışdı:  

"Mən Səbinənin evində də olmuşam. Məndən çoxlu salam söylə Vüqar qardaşıma (Səbinə xanımın həyat yoldaşı - red.) Çox gözəl sürpriz oldu mənim üçün. O zamanlar musiqi prodüsseri Asif Kərimovla mən yollandıq Mədəniyyət və İncəsənət Universitətinə. Bizə bu klipdə rol alacaq bakılı qız lazım idi. Bu obraz həm xoş, həm də ağır idi.

Buna görə də o klipə çox məsum üzlü, abırlı, həyalı, ismətli qızcığaz çəkməli idik. Səbinə tam o xanım oldu. Klipdə sonda gördünüz də, Səbinəni qaçırtdım (gülür)".  

Səbinə xanım isə öz növbəsində Vasif Məhərrəmliyə təşəkkürünü bildirərək, onu Moskvadakı evinə qonaq dəvət edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.