Şou-biznes

"Ondan yox, özümdən gözləntim var"

4 Yanvar 2023 15:26
Baxış: 1 505
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Zaman insan təxəyyülünün məhsuludur. Mənim illərdən gözləntim yoxdur. Özümdən gözləntim var. Çalışın hər zaman özünüzdən gözləntiləriniz olsun. Öz limitlərinizi aşmağa çalışın".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli sosial şəbəkə hesabında yazıb.

Sənətçi daha sonra "Beyninizdə ayaq dəyməmiş yerlərə addım atın. Qorxularınıza qalib gəlin. Fiziologiyamızda ən üst hissədə dayanmış, çəkisi 2 kiloqrama yaxın olan bir orqan var. Onun dilini öyrənməklə, istədiyiniz hər bir nöqtəyə çatmaq mümkündür. 2023-cü il sizin dəyişim iliniz olsun. Mənim də çoxlu məqsədlərim, arzularım, planlarım var. Gerçəkləşməsi ümidi ilə... Dəyişmək gözəldir" sözlərini əlavə edib. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.