Şou-biznes

Elzanın evində maraqlı anlar - Qarmon Zaurun əlində ortadan bölündü - VİDEO

19 Dekabr 2022 21:00
Baxış: 2 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Zaur Baxşəliyev "Zaurla Günaydın" səhər şousunun çəkiliş heyəti ilə birgə Əməkdar artist Elza Seyidcahanın evinə yollanıb.

Milli.Az axşam-az-a istinadən xəbər verir ki, sənətçinin mənzilində qonaq olan Zaur Elzanın pianoda ifası zamanı köhnə qarmonunu əlinə aldığı zaman iki yerə bölünüb. 
Sözügedən verilişin studiyasında olan müğənni Xatun Əliyeva, Əməkdar artistlər Vasif Məhərrəmli və aktyor Coşqun Rəhimov bu hadisəyə gülüblər.

Onların bu hərəkəti isə Elzanın anası Seyidcahan xanımı qəzəbləndirib.  

O, əsəbi halda Elzaya zəng vuraraq Xatuna və digər sənətçilərə canlı efirdə iradını bildirib:

"O qarmon nənəmdən qalıb. 100 ilin qarmonudur. Elza əntik əşyaları çox sevir, ona görə də saxlayıb. Elza o qarmonu vaxtının azlığından düzəltdirə bilməyib. Zaur studiyadakılara de ki, hər şeyə gülməsinlər. Orada Xatunun və digər qonaqların gülməyi xoşuma gəlmədi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.