Şou-biznes

Sobçakın yeni villası "burnundan gəldi": 3 milyon borcu var - FOTO

15 Dekabr 2022 12:21
Baxış: 1 433
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Rusiyanın qalmaqallı jurnalisti və iş xanımı Kseniya Sobçak Rublyovkada dəbdəbəli villasını nümayiş etdirib.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, malikanəsində üç il təmir-tikinti işləri aparan Sobçak kamin quraşdırmaq üçün pul ödəməyib və hazırda podratçılara üç milyon rubl (təxminən 80700 manat) borcu yaranıb.

Bunu isə nəşrə Moskvanın Xamovniki Məhkəməsinin mətbuat katibi Anna Loktevaya məlumat verib.

İddiada bildirilib ki, işin sonunda yerdə qalan məbləğ köçürülməyib, ona görə də borc və cərimə yaranıb.

Qeyd edək ki, əsrarəngiz dizayna malik 320 kvadratmetr sahəsi olan villada hovuz, idman zalı və geniş terras üçün də kifayət qədər yer var. Jurnalistin qonşuları da sadə insanlar deyil. Onlar pop ulduzlar İrina Dubtsova və Sergey Lazarevdir.  

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.