Şou-biznes

Xatirənin qardaşının bloqer xanımı: “Onunla problemim olmayıb” - VİDEO

30 Noyabr 2022 20:08
Baxış: 1 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Xatirə İslam, onun bloqer qardaşı Tural Əzizov və həyat yoldaşı Zümrüd Əzizova "Həmin Zaur" axşam şousunda qonaq olublar. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sözügedən verilişdə proqramın aparıcısı Zaur Kamal sənətçinin qardaşı ilə gəlinini sorğu-suala tutub. 

Zaurun "Zümrüd xanım Xatirə bacıdır yoxsa baldız?" sualına qarşı tərəf "Xatirə xanım mənə bacıdır, baldız yox. Onunla bir problem aramızda yaşanmayıb. Hər zaman mənə dəstək olub" cavab verib. 

X.İslam isə gəlini Zümrüdün bu sözlərinə bu cür şərh bildirib: 

"Bu günə kimi ona bir kəlmə də söz deməmişəm. Çünki buna Zümrüd şərait yaratmayıb. Onların heç bir işlərinə qarışmıram. Heç nədən də xəbərim olmur. Nə olanda da bilmirəm". 

Müğənninin qardaşı isə canlı yayımda Xatirə ilə bağlı bu fikirləri səsləndirib: 

"Xatirə başımızın tacıdır. Bacımın var olması bizə dəstəkdir. Onun sağ əlinin üstümüzdə olması nəyə deyirsinizsə dəyər". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.