“Qarnını qaşıyan kök gədələr, göbəyiaçıq məşuqələr...” - Xalq artisti od püskürdü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son vaxtlar Azərbaycanda komediya janrında çəkilən serialların, bu tip verilişlərin sayı artır. İnsanları güldürməyə çalışan bir sıra aktyorlar efirə çıxır, böyük salonlarda əyləncələr təşkil edirlər. Onların fəaliyyəti cəmiyyətin bir qismi tərəfindən bəyənilsə də, çoxları komediyaçıları süniliklə, bayağı mövzular seçməklə günahlandırır və əvvəlki komediya ustalarının daha professional olduğunu bildirir.
Mövzu ilə bağlı yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov bu tip komediya aktyorlarını ağ yuyub, qara sərib:
"Təəssüflər olsun ki, bu gün telekanallarımızı bir qisim "gülməli" aktyorlarımız işğal edib. "Komedixana"da oynayan kök gədələr, "Fəlakət"lərimiz var. Ayıb deyilmi?! Televiziyalar onlara efirə çıxmağa niyə icazə verirlər? Axı onlar kimdir?
Guya xalqı göstərirlər. Azərbaycanda o cür insan var? Göstərdikləri elə özləridir. O qədər eybəcər, səviyyəsiz, əttökən, primitiv, rüsvayçı şeyləri efirə çıxarıb təbliğ edirlər ki, adam söz tapmır desin. Bu nədir bilmirəm. Televiziya rəhbərləri də pulun dərdindən onları efirə çıxarır, reklam edir. Millətim əxlaqını, mənəviyyatını, ideologiyasını, intellektini məhv etməklə pul qazanırlar. Belə şey olmaz!
Dünyanın bir çox ölkəsi enerji içkilərini rəsmi olaraq qadağan edib. Lakin bizdə gecə-gündüz onu təbliğ edirlər. Niyə heç kəs bundan danışmır? Kimdi həmin firmanın rəhbəri?"
Rejissor bu tip seriallara və verilişlərə sponsor olan şirkətləri də tənqid atəşinə tutub:
"Şirkətlər xalqı təhqir edən, aşağılayan gic-gic tamaşalara sponsor olurlar. Onların məqsədi xalqın mənəviyyatını çökdürməkdirmi? Əgər sən xalqın sənətinə, mədəniyyətinə xidmət etmək istəyirsənsə maliyyəni peşəkarlara, teatrlara, kinostudiyalara ayır. Bunlar kimdir axı, ətli qadınlara, göbəyiaçıq məşuqələrə, yarımqulaq gədələrə sponsor olursunuz?! Biri bığ qoyur, biri bədənini qaşıya-qaşıya gəzir, ləhçə ilə danışır. Bu bizim dərdimizdir.
Telekanallarımız dəhşətli durumdadır. Ay televiziya rəhbərləri, siz bu xalqdan nə istəyirsiniz? Nə qədər efirdə uğursuz ailələri, ərindən qaçan arvadları təbliğ edərlər? Saatlarla bu insanları göstərirlər. Məgər Azərbaycanda bir nümunəvi ailə yoxdur ki, 1 saat onlara qulaq asaq? Ölkəni manısxana ediblər.
Sponsorlar mənasız insanlara maliyyə ayırırlar. Onsuz da çapıb-talayırsınız, haram xoşunuz olsun, heç olmasa o pulu mədəniyyətimizə ayırın. Xahiş edirəm, o pulları məşuqələrinizə verib onu televiziya qəhrəmanı etməyin. Verin peşəkarlara heç olmasa milli kinomuz, teatrımız dirilsin. Hansı kanalı açırsan kimsə kiminsə məşuqəsinin baldırı, sinəsi ilə reklam tutur..."
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)





