Şou-biznes

""Aygün mənim şah əsərimdir" deməmişəm"

23 Noyabr 2022 10:48
Baxış: 2 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ömrüm boyu doğum günlərimi təntənəli şəkildə qeyd etməmişəm. Doğum günlərini insan ömrünün çox önəmli günləri hesab etmirəm. İnsan hər doğum günü bir addım da məzara yaxınlaşır. Mən belə düşünürəm. Ona görə də insanların doğum günündə bu qədər sevinməsi mənə aydın deyil. Bu sözlərimdə zarafat da, həqiqət də var. Amma insanın doğulduğu gündür, necəsə qeyd etməlidir. Bəzən qeyd etmirdim, bəzən unudurdum, dost-tanışlar, qohum-əqrabalar yadıma salırdı".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında bu gün doğum gününü qeyd edən bəstəkar, Xəzər universitetinin professoru Cavanşir Quliyev deyib. O daha sonra əlavə edib.

"Heç vaxt özümə "bura qədər nə etmişəmsə bəsdir" deməmişəm. Çünki bu mənim peşəmdir. Mən bu peşəni sevərək işləyirəm. Ona görə də nə qədər canımda güc varsa özümə "bəsdir" deməyəcəm. Mahnılar, əsərlər hər zaman yazılacaq, oxunacaq" deyə bəstəkar deyib.

Cavanşir Quliyev arzularından da danışıb.

"Şəxsi həyatımla bağlı arzumu demək istəmirəm, çünki bu şəxsidir. Sənətlə bağlı isə demək istərdim ki, mənim 3 baletim, 3 aratoriyam var. Biri bu günlərdə filarmoniyada ifa olundu, amma digərləri qalıb. Hal-hazırda ən böyük arzum odur. Onlar ifa olunsa, yeni arzular meydana gələ bilər. Ona da baxarıq. Mədəniyyət nazirliyi də, Opera və Balet teatrı da baletlərimin varlığından xəbərdardılar, onlardan isti münasibət görürəm. Sadəcə bəzi problemlər var. Bilirsiniz də tamaşanın dekorasiyası, kostyumları olur, xoreoqraf dəvət etmək lazımdır. Bütün bu işlərə görə bir az yubanır" deyə bəstəkar bildirib.

Cavanşir Quliyev "Aygün mənim şah əsərimdir" cümləsinə də münasibət bildirib.

"Heç vaxt çalışdığım müğənniləri biri-birindən seçməmişəm. Kimsə yalan yazıb, siz də o yalanı mənə xatırladırsınız. Mən "Aygün mənim şah əsərimdir" deməmişəm. Belə yazıb digərlərini qızışdırırlar. Sadəcə demişəm ki, Aygün özü də mənim əsərimdir. Bu yalan sözdür, sizin həmkarlarınız şişirdiblər, xoşlayırlar qaşıyıb qan çıxarmağı" deyə görkəmli bəstəkar deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.