Şou-biznes

Məşhur model dünya çemponatındakı favorit komandasını açıqladı

21 Noyabr 2022 12:26
Baxış: 1 139
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur model və teleaparıcı Viktoriya Lopyreva Qətərdəki turnirdən gözləntilərini bölüşüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 2018-ci ildə Rusiyada keçirilən futbol üzrə dünya çempionatının səfiri olan model Arhgentinaya azarkeşlik etdiyini deyib.

"Qızılı kim alacaq? Həmişə deyirəm: biz futbolu gözlənilməzliyinə görə sevirik, ona görə də kimin qalib gəlmək istədiyini soruşmaq daha məqsədəuyğundur (gülür). Və bu, əlbəttə ki, Argentina!

Ən yaxşı futbolçu kim olacaq? Mənim üçün, şübhəsiz ki, bu, Leo Messidir "Sport-Express Lopyrevanın sözlərini çatdırır.

Dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Turnir beş şəhərin səkkiz stadionunda keçiriləcək. Final qarşılaşması Milli Stadionda baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.