Şou-biznes

Özcan Bakıda düşmən olduğu xanımından danışdı - VİDEO

26 Oktyabr 2022 12:20
Baxış: 2 633
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həyat yoldaşı Feyza Aktanla qalmaqallı şəkildə ayrılan Özcan Deniz Bakı konsertindəki sözləri ilə diqqət çəkib.

Milli.Az olay-a istinadən yazır ki, sənətçi ifası zamanı "Nasip değilmiş" mahnısının "Sənə haqqımı halal etdim" sözlərini "haram etdim", - deyə, dəyişərək oxuyub.

O, daha sonra fikirlərinə belə davam edib:

"Dərd çəkərək xoşbəxt olan insanların həyatından çıxarkən "haqqım halal olsun, Allaha yaxın, məndən uzaq ol" deyirsiniz, düz edirsiniz. Sizə yaxşı olmayan insanlardan uzaq durun. Nə qədər pis bir şeydir, eşq yaşa, həyatını ver, xatirələrin olsun, ömrünü ona həsr et, sonra elə bir an gəlsin ki, "get, məndən uzaq dur" deyəsən, çox pisdir". 

Qeyd edək ki, Feyza Özcanın ona şiddət göstərdiyini iddia edib. 2018-ci ildə nikah masasına oturan cütlük 15 ay evli qalıb. Onların bu münasibətdən Kuzey adlı oğlu var. Müğənni keçmiş həyat yoldaşı F. Aktan ilə yaşadığı problemli boşanma prosesindən sonra özündən 26 yaş kiçik modelyer Samar Dadgarla eşq yaşamağa başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.