Şou-biznes

“Həyat yoldaşım qəlbimə dəysə, axşam peşmançılığını çəkir" - VİDEO

20 Oktyabr 2022 20:44
Baxış: 2 377
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Olub ki, yolda avtomobildə gedəndə qarşımdan bahalı bir maşın keçib. Həmin avtomobilə baxıb, ürəyimdə onu istəmişəm. Bir aydan sonra kreditlə də olsa, həmin nəqliyyat vasitəsini almışam".

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu "Xəbər-ətər" verilişində deyib.

Sənətçi bildirib ki, onun xətrinə dəyən insan xeyir tapmır:

"Ağzımdan çıxan söz həyata keçir. Bir nəfər qəlbimə dəysin, əgər ona bəd-dua edərəmsə, o, problemlə üzləşər. Və ya yaxşı iş görər ona dua edərəmsə, işləri düzələr. Bu xasiyyətim də var. Məsələn, həyat yoldaşım nəsə deyib qəlbimə dəyərsə, axşam onun peşmançılığını şəkir".

Qeyd edək ki, Xuraman Şuşalı rejissor Elçin Məmmədovla ailəlidir. Cütlüyün 4 övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.