Şou-biznes

Aysun ayrıldığı həyat yoldaşından ŞİDDƏT GÖRÜB?

18 Oktyabr 2022 11:31
Baxış: 5 988
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həyat yoldaşı Eşqin Cəlilovdan boşandığı iddia olunan müğənni Aysun İsmayılovanın sosial şəbəkələrdə növbəti şərhi diqqət çəkib.

Milli.Az olay-a istinadən yazır ki, o, prodüser Tarix Əliyevin "Ümid ilə gəl" verilişində səslənən fikirlərə münasibət bildirərək şiddət görməsi ilə bağlı iddiaların yayılmasına səbəb olub:

"Yaxşı kişi qadına əl qaldırmaz. Qadına gücü, kişiliyi döyərək yox, yaxşı saxlayaraq onu xoşbəxt edərək göstərirlər. O ki qaldı səhvə... Səhvi olanda bir şillə vurmaq olar nə deməkdi? Siz kişilərin səhvi olanda qadın nə etsin? İşin orasıdır, indi elə zəmanədəyik ki, səhvi olmadan ailəni saxlayan qadınlar da döyülüb-söyülür. Bu mövzu mənim yaralı yerimdir. Çox danışaram. Yaxşısı budur, mən susum. Qadına şiddətə yox!".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.