Şou-biznes

"Pulu olmayan bəylə ailə qurmayın" - Elgizdən xanımlara əcaib məsləhət

14 Oktyabr 2022 23:16
Baxış: 1 696
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Elgiz Əkbər xanımlara verdiyi məsləhətlə gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, "Elgizlə izlə" proqramında bu haqda danışıb. Qadınlara səslənən Elgiz deyib ki, maddi durumu yaxşı olan bəylə ailə qurun:

"Xanımlara deyirəm, elə bir bəylə ailə qurun ki, ailəsini saxlamağa imkanı olsun. Pulu yoxdursa, kim olursa olsun, getməyin. Bir yerdən sonra sevgi də bitəcək. Ailəsini saxlamayacaqsa, nə olacaq? Hə, oturun sevin. Gedib oturaq bir evdə, sən mənə, mən sənə baxım. Elə adamı sevin ki, işi, əlinin sənəti, pulu olsun. Kim gətirib bizə çörək verəcək? Sonra uşaq olsun, kim dolandıracaq? Uşaq hava ilə dolanmır". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.