Şou-biznes

Aytən qalmaqal yaşadığı Mətanətlə bir arada - FOTO

7 Oktyabr 2022 15:52
Baxış: 1 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Aytən Səfərovanın həmkarı Mətanət Əliverdiyeva ilə bağlı paylaşımı diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı 4 il əvvəl "Maşın" şouda qalmaqal yaşadığı həmkarını təbrik edib.

"Yaxşı ki, yeniden bir kollektivdəyik. 16 ildir bir-birimizlə sevincli ve kədərli günlərimizi bölüşmüşük. Sənə sidq ürəkdən uğurlar arzulayıram, Mətiş" deyə, Aytən Mətanətlə birgə çəkdirdiyi fotoya yazıb.

Qeyd edək ki, 2018-ci ildə "Maşın" şouda Aytənlə Mətanət arasındakı dava reklam fasiləsi zamanı da davam edib. Hətta Mətanət əlində olan stəkandakı suyu Aytənin üzünə çırpıb. Aytən isə nə edəcəyini bilməyib və Mətanətə sadəcə "Ayıb olsun" söyləyib. Həmin verilişdə bəzi kadrlar efirə verilməmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.